Azərbaycan prezidenti Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2017 12:29 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

APA-nın məlumatına görə, dövlət başçısı “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim edib.

Azərbaycan prezidenti bütün Azərbaycanın Çingizlə fəxr etdiyini bildirib. “Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaq. Mən bu gün sizi dəvət etmişəm. Dünən Çingizin üç mərasimi verildi. Bu gün sizi dəvət etmişəm ki, bu yüksək mükafatı - Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim”.

Ç. Qurbanovun atası Salman Qurbanov isə bildirib ki, bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə dövlət başçısı tərəfinizdən verilən qiymətdir: “Sizə dərin minnətdarlığımı bildirirəm, cənab prezident. Mən bir şəhid atası kimi, sizi əmin edirəm ki, sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab prezident, sizə minnətdaram”.

*** 12.00

Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR