Ermənistanda KTMT-nin baş katibi zaminə buraxılıb- YENİLƏNİB

Ermənistanda KTMT-nin baş katibi zaminə buraxılıb- <span style="color: red;">YENİLƏNİB
# 27 iyul 2018 23:02 (UTC +04:00)

Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Miqran Poqosyan bildirib.

Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.

İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb

***

14:04

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

APA-nın “News.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, ittiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb.

Qeyd edək ki, Y. Xaçaturov 2008-2016-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin rəisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR