Abdulatipov: "Xəzər habının reallaşdırılması üçün konkret qrafik tərtib olunmalıdır"

Abdulatipov: "Xəzər habının reallaşdırılması üçün konkret qrafik tərtib olunmalıdır"
# 02 dekabr 2016 07:05 (UTC +04:00)

"Xəzər nəqliyyat-logistika kompleksinin (Xəzər habı) yaradılmasına başlamaq üçün konkret qrafik tərtib olunmalıdır". "APA-Economics" xəbər verir ki, bunu Dağıstanın rəhbəri Ramazan Abdulatipov TASS agentliyinə müsahibəsində bildirib.


"Xəzər nəqliyyat-logistika kompleksi olduqca iri layihədir və onun reallaşdırılması müxtəlif səviyyələrdə müzakirə olunur. Rusiyanın bir neçə nazirliyi bu layihəyə dəstək verir. Lakin biz ümumi söhbətlərdən konkret qrafik barəsində danışmalıyıq. Bununla yanaşı, biz Dağıstanın, Rusiya Federasiyasının, sahibkarlıq subyektlərinin layihədəki payını müəyyənləşdirməliyik. Bu layihənin dövlət başçısı (Vladimir Putin - red.) səviyyəsində təqdimatı olub və lazımi dəstəyi alıb. Layihənin reallaşdırılmasına başlamaq lazımdır", - deyə R. Abdulatipov bildirib.

Bundan öncə Dağıstanın rəhbəri bildirib ki, Xəzər habının dəyəri 127 mlrd. rubl (təxminən 2 mlrd. dollar) təşkil ki, bundan 100 mlrd. dolları (təxminən 1,6 mlrd. dollar) cəlb olunacaq investisiyanın payına düşür. İnvestisiyaların cəlb olunması üçün Çin, İran, Vyetnam və Türkiyədən olan investorlarla danışıqlar aparılır.

Onun sözlərinə görə, Dağıstan tranzit habının yaradılması üçün əlverişli coğrafi mövqeyə malikdir və Azərbaycan, Hindistan və Fars körfəzi ölkələrindən yüklərin daşınmasını təmin edə bilər. Dağıstan rəhbəri bildirib ki, layihənin reallaşdırılması 7 il tələb edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR