Şəkidə 40 yaşlı qadını ilan sancıb

Şəkidə 40 yaşlı qadını ilan sancıb
# 22 sentyabr 2017 19:10 (UTC +04:00)

Şəkidə 40 yaşlı qadını ilan sancıb.

Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 22-i saat axşam saat 17 radələrində rayonun İkinci Biləcik kənd sakini, 1977-ci il təvəllüdlü Məkkə Camal qızı Əmrahova ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 40 yaşlı Məkkə Əmrahovanı yaşadığı kəndin inzibati ərazisinə məxsus əkin sahəsində işləyərkən ilan qəfildən onun sağ ayağının baldır nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məkkə Əmrahovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Məkkə Əmrahovanın vəziyyətinin orta-stabil olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR