Ucarda avtomobil aşıb, xəsarət alan var

Ucarda avtomobil aşıb, xəsarət alan var
# 04 oktyabr 2017 07:04 (UTC +04:00)

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 139-cu kilometrliyində Xocalı rayon sakini, 1960-cı il təvəllüdlü Sahil Sahib oğlu Mirzəliyevin idarə etdiyi "OKA " markalı minik maşını yol kənarına aşıb.

Sıxılmış vəziyyətdə qalmış sürücünü Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil verilib. O, Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR