Masallıda 3 otaqlı ev yanıb

Masallıda 3 otaqlı ev yanıb
# 24 avqust 2015 22:49 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Çaxırlı kəndində (rayon mərkəzindən 8 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları 80 kv.m, dəhlizin tavanı 10 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR