"Kapital Bank" bankomatdan oğurluqla bağlı yayılan xəbərlərə münasibət bildirib

"Kapital Bank" bankomatdan oğurluqla bağlı yayılan xəbərlərə münasibət bildirib
# 09 aprel 2018 10:50 (UTC +04:00)

"Kapital Bank" bankomatlardan birindən oğurluq hadisəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən həftə "Kapital Bank"ın Yasamal filialında (Landau küç., bina 6) bankomata müdaxilə edilib.

"Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb. Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, ilk olaraq jurnalist Jalə Mütəllimova ötən gün bu barədə facebook sosial şəbəkəsində məlumat paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR