Spiker: ABŞ Konqresi İranla sazişin bloklanması üçün əlindən gələni edəcək

Spiker: ABŞ Konqresi İranla sazişin bloklanması üçün əlindən gələni edəcək
# 10 sentyabr 2015 21:38 (UTC +04:00)

Bakı-APA. Respublikaçılar İranla sazişin bloklanması üçün ABŞ qanunvericiliyi çərçivəsində mümkün olan bütün addımları atacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Nümayəndələr Palatasının spikeri Con Beyner deyib.

“Bu son bir ilin ən pis sövdələşməsidir. Onun dayandırılması üçün biz bütün mümkün vasitələrdən istifadə edəcəyik. Bütün mümkün vasitələr istifadə ediləcək”, deyə o bildirib.

O hətta Obama administrasiyasına qarşı müxtəlif qanunverici tədbirlərin görüləcəyini bildirib: “Bu variant da nəzərdən keçirilir. Hazırda bu vasitələr nəzərdən keçirilir”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR