Təhsil Nazirliyi və Dövlət Komitəsi 2017-ci il üzrə birgə Fəaliyyət Planı təsdiq edib

Təhsil Nazirliyi və Dövlət Komitəsi 2017-ci il üzrə birgə Fəaliyyət Planı təsdiq edib
# 09 fevral 2017 10:23 (UTC +04:00)

Təhsil naziri Mikayıl Cabbarov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2017-ci il üzrə birgə Fəaliyyət Planı təsdiq edilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, birgə Fəaliyyət Planının təsdiqlənməsində məqsəd prezidentin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda ölkə gənclərinin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etməkdir.

Əmrə əsasən, Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin və Dövlət Komitəsinin ərazi üzrə regional şöbələrinin rəhbərlərinə tapşırılıb ki, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə 2017-ci ilin iyun və dekabr aylarında nazirliyə və Dövlət Komitəsinə hesabat göndərsinlər.

Təhsil Nazirliyi və Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri Fəaliyyət Planının yerinə yetirilməsində müvafiq yerli orqanlara və təhsil müəssisələrinə təşkilati-pedaqoji köməklik göstərməlidir. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR