Xızıda 30 gün ərzində 10 199 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 30 gün ərzində 10 199 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 26 sentyabr 2017 01:26 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 25-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə və neft quyusunun ətrafına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 260 ədəd partlamamış hərbi sursat (PHS), 88 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 191 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 108 500 kv.m (10.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 30 gün ərzində 10 199 ədəd partlamamış hərbi sursat (PHS), 4 215 ədəd partlamış-yanmış sursat qalıqları və 17 475 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 39 230 088 kv.m (3 923.01 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR