BP "Şəfəq-Asiman" üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlayıb

BP "Şəfəq-Asiman" üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlayıb
# 21 fevral 2017 15:01 (UTC +04:00)

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində ötən ilin mayın 31-də başlamış 3-ölçülü seysmik tədqiqat proqramı dekabrın 27-də təhlükəsiz şəkildə başa çatdırılıb.

"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu tədqiqat 1 300 kvadrat kilometr ərazidən 3D məlumat əldə olunmasını əhatə edib. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNTM) texnologiyası vasitəsilə həyata keçirilib.

İlkin sahədən əldə edilmiş 3D məlumatların emalı artıq bitib, digər sahələr üzrə əldə edilmiş məlumatların emalı isə davam edir. Məlumatların tam emalının 2017-ci ilin üçüncü rübündə başa çatması gözlənilir.

"Şəfəq-Asiman" üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR