Malayziyada terrorçuluqda şübhəli bilinən 400 nəfər saxlanılıb

Malayziyada terrorçuluqda şübhəli bilinən 400 nəfər saxlanılıb
# 08 avqust 2017 00:53 (UTC +04:00)

Malayziya polisi terrorçuluqda şübhəli bilinən 400-dən çox şəxsi saxlayıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat paytaxt Kuala-Lumpurda keçirilib.

Məlumata əsasən, saxlanılanların əksəriyyəti Pakistan, Banqladeş və Hindistan vətəndaşlarıdır. Əməliyyat nəticəsində xeyli sayda saxta sənəd və pasportların hazırlanması üçün cihazlar müsadirə edilib. Saxlanılanların bəziləri Suriya və İraqda terror təşkilatlarının tərkibində döyüşməkdə şübhəli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR