Sumqayıtda yaşayış binasında yanğın olub, 11 sakin təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, 11 sakin təxliyə edilib
# 25 oktyabr 2017 11:43 (UTC +04:00)

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 m2 sahədə məişət tullantıları yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR