Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır

Azərbaycan çempionu UEFA kubokunda mübarizəyə başlayır
# 10 oktyabr 2017 09:40 (UTC +04:00)

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz” isə mübarizəyə sabah qoşulacaq.

Yarışa bu raunddan başlayan Naxçıvan klubu oyunları Rumıniyada keçiriləcək VIII qrupunda qüvvəsini sınayacaq. Azərbaycan çempionu B yolundakı 4 qrupdan birində yer aldığından yalnız 1-ci yer üçün vuruşacaq.

Çünki A yolunun qruplarından 3, B yolundan isə 1 komanda elit-raunda vəsiqə əldə edir. Buna görə də Deva şəhərinin İdman Sarayında baş tutacaq oyunlarda Joze Alesionun yetirmələrini yalnız qələbə qane edir.

Əslində, təmsilçimizin rəqibləri də münasib komandalardı. “Araz”ın oktyabrın 11-də Bosniya və Herseqovinanın “Mostar”, ertəsi gün Maltanın “Sent Endryu” klubu ilə görüşəcək Naxçıvan təmsilçisinin xal itirməsi inandırıcı görünmür.

“Araz” üçün oktyabrın 14-dəki son tur daha çətin təsir bağışlayır. Meydan sahibi “Deva” iddialılardan sayılmasa da “doğma divarlar” arasında uğura köklənib. Lakin çempionumuz bu səddi də adlamaq gücündə olduğundan Rumıniyadan 3 qələbə ilə dönməsi daha real görünür.

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, B yolu

VIII qrupu

I tur, 11 oktyabr

17:30. “Araz” (Azərbaycan) – “Mostar” (Bosniya və Herseqovina)

20:00. “Deva” (Rumıniya) – “Sent Endryu” (Malta)

II tur, 12 oktyabr

17:30. “Sent Endryu” – “Araz”

20:00. “Deva” – “Mostar”

III tur, 14 oktyabr

17:30. “Mostar” - “Sent Endryu”

20:00. “Araz” - “Deva”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR