Bakıda yeməkxana yanıb

Bakıda yeməkxana yanıb
# 31 dekabr 2016 09:48 (UTC +04:00)

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yeməkxanaya bitişik ümumi sahəsi 750 m² olan ikimərtəbəli restoran yanğından mühafizə olunub.

Yanğın saat 09:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR