Söyüş üstündə bacanağını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Söyüş üstündə bacanağını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 16 fevral 2017 08:54 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlanması elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına görə, E. Nəsirov bacanağı Neymət Xəlilovu söyüş üstündə bıçaqlayaraq, qətlə yetirib.


Məhkəmədə ifadə verən E. Nəsirov özünü təqsirli bildiyini, həmin şəxsin dəfələrlə ona və ailə üzvlərinə söyüş söydüyünü deyib.

N. Xəlilovun qardaşı Fərhad Xəlilov bildirib ki, qardaşının qətlə yetirilməsini ona dostu deyib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

E. Nəsirovun həyat yoldaşı Günəş Mürsəlova isə ifadəsində deyib ki, ölən şəxs ögey bacısının həyat yoldaşı olub: "Tez-tez içib bizi söyürdü. Həmin gün də zəng edib mənə söyəndə Emin eşitdi. Bundan sonra eşitdik ki, belə hadisə baş verib".

Proses fevralın 24-də davam edəcək.


Qeyd edək ki, ötən il iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı N. Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR