İsrailin Hayfa şəhərində yanğınlar zamanı 132 nəfər xəsarət alıb

İsrailin Hayfa şəhərində yanğınlar zamanı 132 nəfər xəsarət alıb
# 27 noyabr 2016 04:04 (UTC +04:00)

İsrailin Hayfa şəhərində tüğyan edən yanğınlar zamanı 132 nəfər xəsarət alıb. APA-nın “Haares” nəşrinə istinadən verdiyi xəbərə görə, xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib. Əsasən tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanalara gətirilən sakinlərin əksəriyyəti tibbi yardım göstərildikdən sonra artıq evə buraxılıb.

Qeyd edək ki, İsraildə bir həftə əvvəl eyni vaxtda bir neçə rayonda güclü yanğınlar başlayıb.

Yanğınların söndürülməsi üçün Rusiya, Azərbaycan, Türkiyə, Yunanıstan, İtaliya, Xorvatiya, Kipr və İspaniya öz təyyarələrini İsrailə göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR