Yazılı imtahandan keçə bilməyən hakimliyə namizədlərin nəticələri apellyasiya qaydasında yoxlanır

Yazılı imtahandan keçə bilməyən hakimliyə namizədlərin nəticələri apellyasiya qaydasında yoxlanır
# 10 noyabr 2016 08:51 (UTC +04:00)

Hakimliyə yazılı imtahanda uğur qazana bilməyən namizədlərdən 7 nəfəri nəticələrin apellyasiya qaydasında yoxlanılması üçün Hakimlərin Seçki Komitəsinə (HSK) müraciət edib. APA-nın xəbərinə görə, bununla bağlı bu gün HSK-də hakimliyə namizədlərin seçimi qaydalarına uyğun olaraq məsələyə apellyasiya qaydasında baxılır.

Hakimliyə namizədlərin cavab kartları bir daha onların iştirakı ilə yoxlanmasına başlanıb.

Nəticələr elan olunacaq.

Qeyd edək ki, bu ilin iyun ayında 800-dən çox hakimliyə namizəd vahid zalda test imtahanı verib. Onlardan müvəffəqiyyət qazanan 359 namizəd yazılı imtahana buraxılıb. 60 və daha çox bal toplamış 176 nəfər namizəd növbəti mərhələyə - şifahi imtahanda iştirak haqqı qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR