Rusiya MN: 9 gündür aviasiyamız Hələb ətrafında uçuşlar həyata keçirmir

Rusiya MN: 9 gündür aviasiyamız Hələb ətrafında uçuşlar həyata keçirmir
# 27 oktyabr 2016 11:18 (UTC +04:00)

"Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarələri 9 gündür Hələb şəhəri ətrafındakı 10 km-lik zonada uçuşlar həyata keçirmir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, terrorçular əldəqayırma reaktiv qurğulardan istifadə edərək şəhərin yaşayış məntəqələrini, mövcud humanitar dəhlizə çıxışları atəşə tutmaqda davam edirlər: "Ötən gecə terrorçuların snayper atəşləri səbəbindən 40-a yaxın dinc sakinin Hələbin şərq rayonlarından təhlükəsiz yerlərə köçürülməsi baş tutmayıb".

Qeyd edək ki, oktyabrın 20-dən 23-dək Hələbdə humanitar fasilə elan olunub. Humanitar fasilə zaman terrorçulara və dinc sakinlərə Hələbin şərq rayonlarını tərk etmək üçün şərait yaradılıb. Lakin terrorçular ələ keçirdikləri əraziləri tərk etməkdən imtina ediblər. Onlar dinc əhalini ölümlə hədələyərək şəhəri tərk etməyə imkan vermirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR