Bakıda tibb bacısı sərnişin avtobusunda yıxılaraq ciddi xəsarət alıb

Bakıda tibb bacısı sərnişin avtobusunda yıxılaraq ciddi xəsarət alıb
# 22 yanvar 2020 07:22 (UTC +04:00)

Bakının Binəqədi rayonunda orta yaşlı qadın sərnişin avtobusundan yıxılıb.

APA xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

88 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusun sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman sərnişin - 1963-cü il təvəllüdlü Haqverdiyeva Lida Ənvər qızı yıxılıb. O, qapalı kəllə-beyin travması ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, L.Haqverdiyeva 1 saylı Xəstəxanada tibb bacısı kimi çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR