Diplomat: “İtaliya Azərbaycanı dost ölkə hesab edir”

Diplomat: “İtaliya Azərbaycanı dost ölkə hesab edir”
# 06 oktyabr 2017 16:16 (UTC +04:00)

"Azərbaycan və İtaliya arasında əməkdaşlıq hər sahədə mükəmməl şəkildə davam edir".

APA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massari deyib.

O bildirib ki, İtaliya Azərbaycanı dost ölkə hesab edir: "Energetika sahəsi üzrə sıx əlaqələrimiz var və çalışacağıq ki, iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirək. Hər iki dövlətin də məqsədi energetika sahəsi başda olmaqla digər sahələrdə əlaqələri genişləndirmək və italyan şirkətlərini bura cəlb etməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR