Masallıda ana və iki azyaşlı övladı yanıq xəsarəti alıb

Masallıda ana və iki azyaşlı övladı yanıq xəsarəti alıb
# 16 avqust 2017 14:45 (UTC +04:00)

Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıb.

Onlar dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR