İran Azərbaycanda yük avtomobilləri istehsal edəcək

İran Azərbaycanda yük avtomobilləri istehsal edəcək
# 08 noyabr 2016 06:41 (UTC +04:00)

İran Azərbaycanda ağır tonnajlı yük avtomobillərinin istehsalı üzrə iki ölkə arasında ilk müəssisə olacaq zavod açmaq niyyətindədir. "APA-Economics" "TheBusinessYear" jurnalına istinadən xəbər verir ki, ağır tonnajlı yük avtomobillərinin istehsalı ilə məşğul olan "İran Khodro Diesel" şirkəti bunun üçün Azərbaycanda mümkün imkanları dəyərləndirir.

Gəncə Avtomobil Zavodu Rusiya, Belarus və Çinə məxsus qoşqu və yük avtomobillərinin toplanması üzrə ixtisaslaşdığından İran da öz investisiyasını son olaraq məhz bu zavoda yatıra bilər.

Digər bir seçim isə İranla həmsərhəd olan Naxçıvanın Avtomobil Zavodu ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR