ABŞ-da naməlum şəxs xəstəxanaya hücum edərək 7 nəfəri bıçaqlayıb

ABŞ-da naməlum şəxs xəstəxanaya hücum edərək 7 nəfəri bıçaqlayıb
# 12 noyabr 2016 00:21 (UTC +04:00)

ABŞ-ın Homsted şəhərində (Pensilvaniya ştatı) naməlum şəxs psixiatrik xəstəxanaya hücum edərək 7 nəfəri bıçaqlayıb.

APA-nın “AP” agentliiynə istinadən verdiyi xəbərə görə, polis cinayətkarı zərərsizləşdirmək üçün silahdan istifadə etmək məcburiyyətində qalıb.

Hücumu törədən kişinin yaralandığı bildirilir. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

Hazırda cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR