"AFB Bank" I yarımilliyi 2,5 mln. manatlıq mənfəətlə başa vurub

"AFB Bank" I yarımilliyi 2,5 mln. manatlıq mənfəətlə başa vurub
# 24 iyul 2015 07:40 (UTC +04:00)

Bakı - APA-Economics. "AFB Bank" 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 5,37% artıraraq 288,384 mln. manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 10,49% azalaraq 179,251 mln. manat təşkil edib.

Cari ilin I yarısında bankın depozit portfeli 29,81% artaraq 89,695 mln. manata çatıb.

Hesabat dövründə bankın öhdəlikləri 209,457 mln. manata çatıb.

İyulun 1-ə "AFB Bank"ın məcmu kapitalının həcmi 22,14% artaraq 78,927 mln. manat olub. Bankın nizamnamə kapitalı 34,47% artaraq 70 mln. 393,455 min manat təşkil edib.

Bank 2015-ci ilin I yarısını 2 mln. 531,75 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR