Azərbaycan Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edəcək
# 11 mart 2019 13:31 (UTC +04:00)

Azərbaycan Moskvada keçirilən “MITT 2019” beynəlxalq turizm sərgisində iştirak edəcək.

Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, mart ayının 12-dən 14-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “MITT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi”də Azərbaycanın turizm potensialı və yeni turizm məhsulları təqdim olunacaq.

Sərgidə Azərbaycanı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edəcək. Sərgi çərçivəsində Rusiyanın və müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən qeyd olunan sərgidə iştirak edir. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkənin rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR