Restoranda baş verən silahlı insidentdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı tamamlanıb

Restoranda baş verən silahlı insidentdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı tamamlanıb
# 16 oktyabr 2017 11:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Prokuror çıxış etmək üçün vaxt istəyib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR