Istanbulda Yeni il gecəsi terror aktının icraçısı həbs edilib

Istanbulda Yeni il gecəsi terror aktının icraçısı həbs edilib
# 11 fevral 2017 16:49 (UTC +04:00)

Istanbulun Ortaköy rayonundakı “Reina” gecə klubunda Yeni il gecəsi 39 nəfərin ölümü ilə nəticələnən terror aktının icraçısı Abdulkadir Maşaripov barəsində Istanbulun Çaqlayan rayon məhkəməsinin qərarı ilə həbs edilib. APA-nın xəbərinə görə, bu barədə "Anadolu" məlumat yayıb.

Qeyd edək ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsi bundan əvvəl A.Maşaripovun cinayət işinin istintaqını başa çatdıraraq məhkəməyə təqdim etmişdi.

A.Maşaripov terror “təşkilatının fəaliyyətində iştirak”, “bir nəfərdən çox şəxsin qətli”, “konstitusiya quruluşunun devirməsinə cəhd” maddələri üzrə təqsirli hesab edilib.

Xatırladaq ki, A.Maşaripovla birlikdə Qırğızıstan, Misir, Seneqal və Somali vətəndaşları olan 3 qadın və 1 kişi də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR