İƏT Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan çəkinməyə çağırıb

İƏT Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan çəkinməyə çağırıb
# 04 dekabr 2017 21:15 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat verib.

İƏT-dən bildiriblər ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyi ölkə ilə əlaqələri tam kəsməli olacaq.

“Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”, təşkilatın yaydığı açıqlamada bildirilib.

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR