ABŞ-da güclü külək yaşayış evini uçurub, ana və övladı ölüb

ABŞ-da güclü külək yaşayış evini uçurub, ana və övladı ölüb
# 03 aprel 2017 01:54 (UTC +04:00)

ABŞ-ın Luiziana ştatında əsən güclü külək fərdi yaşayış evini uçurub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 38 yaşlı qadın və onun 3 yaşlı qızı ölüb.

Məlumata görə, ABŞ-ın cənub bölgəsində güclü külək və yağışla müşahidə olunan qasırğa olub. Hazırda Arkanzas və Missisipi ştatlarının tufan riski zonasında olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR