Sabirabad rayon Mərkəzi Xəstəxanasına baş həkimi dəyişdirilib

Sabirabad rayon Mərkəzi Xəstəxanasına baş həkimi dəyişdirilib
# 25 sentyabr 2017 15:50 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bundan əvvəl Sabirabad xəstəxananın baş həkim olmuş Əziz Mikayılov öz ərizəsi ilə işdən azad olunub. Bu vəzifəyə Quliyev Yusif Hüseyn oğlu təyinat alıb.

Y. Quliyev əvvəllər Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi, daha sonra Bakıdakı 9 saylı poliklinikanın müdiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR