Venesuela müxalifətinin lideri həbslə hədələnib

Venesuela müxalifətinin lideri həbslə hədələnib
# 03 mart 2019 19:06 (UTC +04:00)

Əgər Xuan Quaydo Venesuela sərhədini keçməyə cəhd göstərsə və ölkəyə qayıtsa, saxlanacaq.

ONA-nın məlumatına görə, bunu TASS-a müsahibəsində Venesuelanın Varqas ştatının qubernatoru Xose Luis Qarsiya Karneyro bildirib.

Uqo Çavesin yaxın ətrafında yer almış, 2004-2011-ci illərdə Venesuela müdafiə naziri postunu tutmuş X. L. Q. Karneyro deyib ki, Ali Məhkəmə X. Quaydoya ölkədən çıxmağı qadağan edib, o isə bu qadağanı pozub. X. L. Q. Karneyro qeyd edib ki, X. Quaydo onun qubernatoru olduğu Varqas ştatında sərhədi keçmək istəyərsə, saxlanacaq. X. L. Q. Karneyro müxalifətin çağırışlarına baxmayaraq, ordunu qanuni hökumətə sadiq olduğunu da söyləyib.

Xatırladaq ki, bundan öncə X. Quaydo bazar ertəsi, yaxud çərşənbə axşamı Venesuelaya qayıtmaq niyyətində olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR