İstanbulda gecə klubuna silahlı hücum olub

İstanbulda gecə klubuna silahlı hücum olub
# 01 yanvar 2017 00:28 (UTC +04:00)

İstanbulda gecə klubuna silahlı hücum olub. İnsident nəticəsində yaralananlar var. APA-nın Röytersə istinadən verdiyi xəbərə görə, hadisə yerinə zirehli maşınlarda hərəkət edən polis qüvvələri cəlb edilib. Hələlik təfərrüatlar açıqlanmır.

CNN Turk-ün məlumata görə, Santa Klaus geyimində olan silahlı şəxslər gecə klubuna daxil olaraq, atəş açmağa başlayıblar.

Məlumata görə, insident İstanbulun Beşiktaş rayonundakı "Reina" gecə klubunda baş verib.

Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR