Şəmkirdə "QAZel" aşıb, bir nəfər ölüb

Şəmkirdə "QAZel" aşıb, bir nəfər ölüb
# 06 mart 2019 21:34 (UTC +04:00)

Şəmkirdə yük maşınının aşması nəticəsində sərnişin ölüb.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Kür qəsəbəsinə gedən yolda baş verib.

“QAZel” markalı yük maşını hərəkətdə olarkən təkəri partlayıb, maşın aşıb. Avtomobilin sərnişini, 38 yaşlı Sərvan Məmmədov maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılr.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR