Minsk Qrupunun həmsədrləri təmas xəttində toqquşma barədə bəyanat yayıblar

Minsk Qrupunun həmsədrləri təmas xəttində toqquşma barədə bəyanat yayıblar
# 26 fevral 2017 15:56 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) təmas xəttində baş verən toqquşma ilə bağıl bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.

Bəzi cəsədlər neytral zonada qalıb. Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb. Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR