Kiyevdə bir qrup azərbaycanlı ATƏT-in ofisi qarşısında aksiya keçirib

Kiyevdə bir qrup azərbaycanlı ATƏT-in ofisi qarşısında aksiya keçirib
# 10 iyul 2017 15:31 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı Ukrayna Azərbaycanlı Gənclər Birliyi tərəfindən ATƏT-in Kiyevdəki ofisi qarşısında etiraz aksiyası təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının üzvləri, habelə bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlər qaldırılıb. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında Zəhranın şəkilləri və "Qatil Sarkisyan" yazılmış plakatlar tutaraq, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.

Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR