Paytaxtda "MAN" markalı zibil maşını "Nissan" minik avtomobili ilə toqquşub - FOTOSESSİYA - VİDEO

Paytaxtda "MAN" markalı zibil maşını "Nissan" minik avtomobili ilə toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 00:24 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Sabunçu rayonunda zibil maşınının sürücüsü qəza törədib. APA-nın məlumatına görə, hadisə "Koroğlu" metro stansiyasının yaxınlığında, Heydər Əliyev prospektinə qeydə alınıb. Belə ki, Mehdi İbrahimovun idarə etdiyi "MAN" markalı zibil maşını ilə Füzuli Ömərovun idarə etdiyi "Nissan" toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, "Nissan" yararsız hala düşüb.

Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, qəzaya zibil maşınının sürücüsünün ötmə əməliyyatını kobudcasına pozması səbəb olub.

Hər iki avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR