Azərbaycanda sənayedə çalışanların əməkhaqqı 10%-ə yaxın artıb

Azərbaycanda sənayedə çalışanların əməkhaqqı 10%-ə yaxın artıb
# 20 iyul 2015 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı 183,8 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onların orta aylıq əməkhaqqı 9,5% artaraq 775,2 manata çatıb. İşçilərin 35,4 min nəfəri mədənçıxarma, 96,2 min nəfəri emal, 27,3 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 24,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıblar.

Əməkhaqqının daha çox artımı emal bölməsinin zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının, avtomobil və qoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, tütün məhsullarının istehsalı, toxuculuq sənayesi müəssisələrində müşahidə olunub. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 13,0% artaraq 980,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR