Rusiyanın “Tu-154” təyyarəsinin düşdüyü yerdə yeni cəsədlər aşkarlanıb

Rusiyanın “Tu-154” təyyarəsinin düşdüyü yerdə yeni cəsədlər aşkarlanıb
# 27 dekabr 2016 21:23 (UTC +04:00)

Rusiyanın Qara dənizə düşmüş “Tu-154” təyyarəsinin xeyli sayda yeni fraqmentləri və qurbanların cəsədləri aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə güc strukturlarından bildirilib.

“Eni 2,5-5 metr, uzunluğu isə 200 metr olan sahədə təyyarənin xeyli sayda yeni fraqmentləri və qurbanların cəsədlərinin qalıqları aşkarlanıb”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, təyyarənin üç fraqmenti sahildən 4,5 km aralıda, 20 metr dərinlikdə aşkarlanıb. Onlardan birinin uzunluğu 3 metr, digərinin 60 metr, üçüncünün isə 5 metrdir.

Qeyd edək ki, bundan əvvəl təyyarənin üç “qara qutusu” tapılıb.

Xatırladaq ki, dekabrın 25-də Suriyaya uçan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizə düşüb. Təyyarənin göyərtəsində 92 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR