Məhkəmə Müdafiə Nazirliyinin şikayətini təmin edib

Məhkəmə Müdafiə Nazirliyinin şikayətini təmin edib
# 09 sentyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin vətəndaş Əhmədova Gülbəniz Arif qızı adlı şəxsə qarşı verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.

Qeyd edək ki, Gülbəniz Əhmədova müharibə veteranı adının verilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin edib. Nazirlik həmin qərardan apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR