Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 03 avqust 2015 10:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 65-95 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, avqustun 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 73 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 9,5 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 17 m3/s təşkil edərək ongünlük normanın 25 faizinə bərabər olub.

Avqustun 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə 1 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2014-cü il avqustun 03-də 300 sm), Şirvanda 185 sm (2014-cü il avqustun 03-də 134 sm), Salyanda 117 sm (2014-cü il avqustun 03-də 60 sm), Bankədə 171 sm (2014-cü il avqustun 03-də 189 sm), Araz çayının Novruzlu məntəqəsində isə 57 sm (2014-cü il avqustun 03-də 16 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR