Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 4,5% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 4,5% artıb
# 15 avqust 2015 06:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov –APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 906,928 mln. manat təşkil edib.

APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə, 4,48% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 246,932 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 599,091 mln. manat, aksizlər üzrə 49,905 mln. manat, yol vergisi üzrə isə 10,999 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR