Azərbaycanda iki şirkətin istehlak məhsullarını sertifikatlaşdırmaq səlahiyyəti əlindən alınıb

Azərbaycanda iki şirkətin istehlak məhsullarını sertifikatlaşdırmaq səlahiyyəti əlindən alınıb
# 10 yanvar 2018 14:03 (UTC +04:00)

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi (AzAK) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun tələblərini pozduğuna görə "Cert Center” MMC-nin və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə inspeksiya nəzarəti planı”na uyğun olaraq istehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən adıçəkilən sertifikatlaşdırma qurumlarında inspeksiya nəzarətinin aparılması nəzərdə tutulsa da, orqanlar tərəfindən inspeksiya nəzarətinin aparılması üçün şərait yaradılmayıb.

Bunu əsas götürərək AzAK-ın müvafiq qərarı ilə "Cert Center” MMC və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR