Tiflisdə insan hüquqları və ailə dəyərlərinə həsr olunan konfrans keçirilib

Tiflisdə insan hüquqları və ailə dəyərlərinə həsr olunan konfrans keçirilib
# 31 yanvar 2017 01:31 (UTC +04:00)

Fevralın 30-da Tiflisdə Levan Mikeladze adına Fondun təşkilatçılığı və Niderland Krallığının Gürcüstandakı səfirliyinin dəstəyi ilə insan haqlarına və ailə dəyərlərinə həsr olunan konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib.

Tədbiri fondun icraçı direktoru Arçil Qeqeşidze açıb. Sonra konfransda Niderland Krallığının səfir müavini Flor Nyuten-Elzinqa, GMİ-nin şeyxi Hacı Ramin İgidov, Avropaşünaslıq və Qafqazşünaslıq üzrə professor Oliver Rayser, İlya adına Dövlət Universitetinin professoru Vaxuşti Menabdze, Azad Universitetin assosiativ professoru Ketevan Abaşidze, Avropa İnteqrasiyası Fondunun meneceri Vano Çxikvadze və müxtəlif dini icma nümayəndələri çıxış edərək Avropada İnsan haqları, söz və ifadə sərbəstliyi, din və vicdan azadlığı haqqında fikirlərini bildiriblər.

GMİ-nin şeyxi Hacı Ramin İgidov çıxışında Avropa insan hüquqlarının müsbət və mənfi tərəflərini xarakterizə edib. O, insan haqlarının İslam qayda-qanunlarının ayrılmaz bir hissəsi olduğunu qeyd edib: “Dinimiz İnsan həyatını müqəddəs və dəyərli hesab edir, verilən qanunların insanın şərəf və ləyaqətinin yüksəlməsinə xidmət etdiyini qarşısına məqsəd qoyur”.

Tədbir sual-cavab və fikir mübadiləsi çərçivəsində davam edib. Konfransda dövlət, elm və ictimaiyyət xadimləri, dini konfessiya rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR