SOCAR: Son günlər əhaliyə verilən qazın həcmi həddən çox artıb

SOCAR: Son günlər əhaliyə verilən qazın həcmi həddən çox artıb
# 21 oktyabr 2016 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Son günlər hava şəraitinin kəskin dəyişməsi nəticəsində əhaliyə verilən təbii qazın həcmi həddən çox artıb". "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.


Onun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyinin qaz sistemi qış rejiminə keçmək üzrədir. Qış rejiminə noyabrın 15-də keçiləcəyini bildirən vitse-prezident vurğulayıb ki, havaların soyuması nəticəsində əhalinin qaza olan tələbat artdığından hazırda SOCAR yeraltı qaz anbarlarına vurulan qazın miqdarı azaldılıb: "Biz bu gün qazın böyük miqdarını əhaliyə veririk".

R. Qurbanov gündəlik olaraq əhaliyə 16-17 mln. kubmetr təbii qaz verildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR