Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist dünyasını dəyişib

Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist dünyasını dəyişib
# 09 avqust 2015 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orda dünyasını dəyişib.

Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, R. Əliyev ötən gün bir qrup şəxs tərəfindən döyülüb. O, onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.

R. Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR