Ağdamda baş verən yol-nəqliyyat hadisəsində sürücü xəsarət alıb

Ağdamda baş verən yol-nəqliyyat hadisəsində sürücü xəsarət alıb
# 16 noyabr 2016 11:24 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb. Zəngişalı kənd sakini Şirəliyev Akif İsa oğlu idarə etdiyi “VAZ 21011” markalı, 60 BG 476 nömrə nişanlı minik maşını ilə Sarcalı kənd sakini Şahverənov Əyyub Mehman oğlunun idarə etdiyi “VAZ 21015” markalı, 90 ND 415 nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə A. Şirəliyev xəsarət alıb və Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR