Şəmkirdə “Niva” və “VAZ 2106” toqquşub, qadın sərnişin ağır xəsarət alıb

Şəmkirdə “Niva” və “VAZ 2106” toqquşub, qadın sərnişin ağır xəsarət alıb
# 15 oktyabr 2017 08:54 (UTC +04:00)

Bu gün Şəmkir şəhərində “Niva” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəza zamanı taksi kimi fəaliyyət göstərən “VAZ 2106” markalı avtomobildə olan qadın ağır bədən xəsarətləri alıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR