Muxtar Babayev Türkiyə səfirini qəbul edib

Muxtar Babayev Türkiyə səfirini qəbul edib
# 08 may 2018 13:45 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR