Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Naxçıvan Muxtar Respublikası üzrə bu ilin avqust ayında 2 mln. 752,7 min manat dəyərində 45 min 878 kvt/saat miqdarında elektrik enerjisi istehlak edilib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay Naxçıvan üzrə elektrik enerjisi satışından 2 mln. 753,1 min manat toplanıb. Beləliklə, istehlak olunmuş elektrik enerjisinə görə ödənişə 100% əməl edilib.